Dilmanc MT System v1.4.0.0

Kategori: Eğitim, Ev ve Aile | Hit : 62
5 de 15 de 25 de 35 de 45 de 5 (Oy kullanılmadı)
Loading ... Loading ...

Azeri yapımcılar tarafından yapılan,azericeden ingilizceye cümle çevirisi yapabilen .“Dilmanc” MT sistemi ile birkaç saniyenin içerisinde geniş metni çevirebilirsiniz. Bazen kesin çeviri için metnin genel anlamı önemlidir.Dilmanc ile metnin anlamını bozmadan çeviri ön plandadır.Programın yeni versiyonunda sesli çeviri özelliği eklenmiş ve bazı hatalar giderilmiştir..Azerbaycanda “dilmanc” ilk ve tek çeviri sistemidir.Aşağıda Azeri vatandaşlar için yazılımış tavsiyeler bölümü bulunmaktadır.Azeri vatandaşlarımızın buna dikkat etmeleri önerilir. Tövsiyələr "Dilmanc" maşın tərcüməsi sistemindən istifadə edərək daha keyfiyyətli tərcümə almaq üçün tövsiyələr • Azərbaycan dilində olan mətn Unicode şriftlərində olmalıdır. • Azərbaycan dilindən ingilis dilinə tərcümə olunan cümlə Azərbaycan dilinin qrammatik və orfoqrafik qaydalarına ciddi əməl olunmaqla yazılmalıdır. • Proqram hələlik yalnız ümumi suallardan ("Sən işə gedirsən?" ) başqa sual cümlələrini tərcümə etmir . • Həmcins üzvlərin şəkilçiləri ixtisar olunmamalıdır. Məsələn, “İclasda nazirlik, komitə və idarələrin rəhbərləri iştirak edirdi” əvəzinə “İclasda nazirliklərin, komitələrin və idarələrin rəhbərləri iştirak edirdi” kimi yazmaq tovsiyə olunur . • “Mənim”, “sənin”, “onun”, “bizim”, “sizin”, “onların” – yiyəlik halında olan şəxs əvəzliklərinin ixtisar olunmaması tovsiyə olunur : “voleybolçu qızlarımız” əvəzinə “bizim voleybolçu qızlarımız”. Müvafiq şəxs şəkilçiləri də ixtisar edilməməlidir: “bizim maşın” əvəzinə “bizim maşınımız”, “sizin maşın” əvəzinə “sizin maşınınız”. • Çox uzun və mürəkkəblikləri olan cümlələri, tərcüməsi anlaşıqsız olan böyük cümlələri bir neçə sadə cümlə şəkilində verib yenidən tərcümə etmək. • İnisiallardan sonrakı nöqtədən sonra probel qoyulmur. Vergüldən sonra probel, cümlənin sonunda nöqtə (nida, sual) hökmən qoyulur. • Tərcümə oluna bilməyən sözün orfoqrafik düzgün yazıldığı yoxlanılmalıdır. • İki söz defislə yazılırsa, məsələn, “gecə-gündüz”, defis sözlərə bitişik yazılır. Cümlənin izahedici hissəsi tire ilə ayrıldıqda tirenin hər iki tərəfindən boşluq (probel) qoyulmalıdır (məsələn, “ Binanın hər iki tərəfi – solu da, sağı da gül-çiçəklə bəzədilmişdi” ). • Cümlədə xüsusi adların (insan adlarının, soyadlarının) yazılması məsləhət görülmür. Əgər belə adlar yazılırsa, onda adın əsasından sonra mütləq “” işarəsi qoyulmalıdır (məsələn, “Azad”, “Məmmədovunkudur” və s.). Bundan əlavə, əgər şəxs adı bir neçə sözdən ibarətdirsə (məsələn, ad, ata adı və soyadı), bunlardan birini açıq yazmaq, digərlərini isə inisial şəklində yazmaq daha dəqiq tərcümə almağa imkan verir. Məsələn, “Mirzə Ələkbər Sabir” əvəzinə “M.Ə.Sabir ”. • - ma, mə şəkilçiləri ilə bitən feli isimlər – məsdər formasında yazılmalıdır: Məsələn, “oxuma” əvəzinə “oxumaq”, “sökmə” əvəzinə “sökmək” və s. (1.“ Mən vuruşmadan imtina edirəm ”. 2.” Düşmən vuruşmadan təslim oldu ”. 1-ci cümlədə “ vuruşma ” əvəzinə “ vuruşmaq ” yazmaq məsləhət görülür). • Ara sözlər (modal sözlər) cümlənin əvvəlində gəldikdə onlardan sonra, cümlənin ortasında gəldikdə onların hər iki tərəfində və cümlənin sonunda gəldikdə onlardan əvvəl vergül qoyulmalıdır. Ara cümlələr mötərizə içərisində yazılmalıdır. • Tərcümədən sonrakı mətnin Word-də spelling vasitəsilə yoxlanması məsləhət görülür. • Dırnaq içərisindəki frazanın tərcüməsi qaneedici olmadıqda onu ayrıca götürüb tərcümə etmək və sonra yerinə qoymaq lazımdır. • Tabesiz və ya tabeli mürəkkəb cümlənin tərcüməsi qaneedici olmadıqda, onu ayrı-ayrılıqda sadə cümlələr şəklində tərcümə etmək məsləhət görülür. • Pauza hesabına məzmunu aydınlaşan və adətən daxilində feli sifət, feli bağlama və məsdər tərkibləri olan cümlələrdə söz sırasına fikir verilməlidir. Məsələn, “ Məktəbdə birinci yer tutan şagirdlərlə görüş keçirildi ” cümləsində görüşün məktəbdə keçirilməsindən söhbət gedirsə, yəni “məktəbdə” sözü “tutan” feli sifətinə deyil “keçirildi” felinə aiddirsə, “məktəbdə” sözü “tutan” sözündən sonra müvafiq yerdə yazılmalıdır. (“ Birinci yer tutan şagirdlərlə məktəbdə görüş keçirildi ” ).
• Eyni xəbərləri ixtisar etmək olmaz. Misal üçün, "İndi burada gül gülü, bülbül bülbülü çağırır" cümləsi "İndi burada gül gülü çağırır, bülbül bülbülü çağırır" şəklində yazılmalıdır


Platform :
Windows 2000/XP/Vista


Boyut :
6,60 MB


Üretici :

inkotex.az


Dil :
Türkçe


Lisans :

Shareware


Yükle / Download
Yükle - İndir

Yorum yap

XHTML: İzin verilen html kodları: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <code> <em> <i> <p> <strike> <strong>

Program Bul
Program-Bul.net | Her hakkı saklıdır. © 2007 - 2008
Anasayfa | Yukarı
Bu sitede yayınlanan bilgiler ve tüm dosyalar bilgi amaçlıdır ve yayıncıları tarafından belirlenen indirme adreslerine yönlendirilir. "Bilgi ve tüm dosyalar" site içeriğini belirtmektedir ve kısasa "bilgi" olarak anılacaktır. Bu bilgileri kullanmak ile ilgili bütün sorumluluklar son kullanıcıya aittir.
Valid XHTML 1.0 Transitional Valid CSS!